…Bakını sökürlər… Əslində, bu söküntü Bakının keçmiş tarixini dağıtmaq, izi itirməkdir! Məgər Bayırşəhəri İçərişəhər kimi bərpa edərək turistlərin və gələcək nəsillərin ixtiyarına vermək olmaz ki?!
Qısası, qədim və tarixi binalarımızı söküb yerində göydələn tikməklə əhalini süni surətdə mərkəzə daşıyırlar. Halbuki əksinə olmalıdır, mərkəz izafi yükdən xilas olmalıdır… Bu həm də tıxaclardan can qurtarmağın bir yoludur. Dar küçəli Bakını göydələnlərlə doldurmaq gələcəyin bir saylı problemidir…
***
Maraqlıdır ki, aparılan söküntülər bayram və istirahət günlərində də aparılır və bu da ətrafda yaşayan sakinləri ciddi narahat edir. Bayırşəhərdə yaşayan Mirzə Həsənovun tezadlar.az-a göndərdiyi fotoşəkillər və statusu narahatlıq doğurmaya bilməz: “Hal-hazırda Murtuza Muxtarov-94-96 saylı ünvanlarda səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti bazar, istirahət günü demədən söküntü aparır. Səhərə kimi də yuxarı məhlələri dağıdırlar. Səsdən yatmaq mümkün deyil. Etiraz edirsən də, saymırlar…”.
Başqa nə deyək??? Sözün bitdiyi yer!
SƏBUHİ