MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstan Respublokasında K. Karasayev adına Bişkek Dövlət Universiteti Mərkəzi Asiyada ilk olan “Əlavə və inklüziv təhsil” kafedrasını açdı.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Elm, Ali Təhsil və İnnovasiya Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yeni kafedra əlavə təhsil müəllimləri, incəsənət, texnologiya, ekologiya və turizm sahələrində çalışan mütəxəssislər üçün peşəkar inkişaf meydançasına çevriləcək.
Açılış mərasimində yaradıcı işlərin sərgisi, ustad dərsləri və uşaq qruplarının konserti nümayiş olunub.