28 Oktyabr 2025 / 18:25

BDU-nun 26,3 milyonluq tenderini udan “Vest-LTD” şirkəti bu qış nə iş görəcək???

 …Bakı Dövlət Universiteti son 4-5 ildə 71 satınalma müsabiqəsi keçirib və bu müsabiqələrdə tenderi udan bir şirkətdir. Bu necə baş verib? İndi tenderin ümumi dəyəri isə 26 milyon 322, 3 min manatdır…  Lakin sosial mediada yazılanlara rəğmən, maraqlıdır ki, bu qədər vəsaitə sahiblənən “Vest-LTD” şirkətinin adına elektron axtarış sistemində hansısa bir məlumat tapılmır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Vest-LTD” şirkəti 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. “Vest-LTD” QSC-nin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə “Vest-LTD” şirkətinin təşkilati-hüquqi forması dəyişdirilib.
Bəs bu şirkət BDU-da hansı işləri görüb? Universitetdən “Təzadlar”a göndərilən bir elektron məktub bu suala açar kimidir. Sitat: ““Vest-LTD” şirkəti BDU-da tikinti-təmir işləri görüb, amma görülən işlər göz önündədir. Siz jurnalist araşdırması aparın, sorğu verin, görün mu şirkətin təqdim edəcəyi aşıq məlumatlarla faktiki işlər arasında 26,3 milyonluq nə gözə dəyir??? Bu informasiya yayımlanarsa, sizə həmin şirkətin BDU-dakı “ağsaqqalı” barədə ətraflı məlumat və sənədlər göndəriləcək. Hətta şirkət yay mövcümündə gördüyü işlərə görə fəhlə və mütəxəssislərin belə maaşını verməmişdi deyə, qalmaqallı məsələlər ortaya çıxmışdı…”.

Bir fakt da diqqəti çəkir: 2021-ci ildə keçirilən bir tender Sabunçu rayon ərazisində asfalt örtüyünün təmir işlərinin satınalınması olub ki, bu dəfə də adı heç bir yerdə olmayan bu Qapalı-Səhmdar Şirkətidir. Həmin tenderə əsasən, şirkətə 292 min 914 manat 52 qəpik ödəniləcək.

Bu hələ harasıdır, “VEST-LTD” QSC təkcə 2021-ci ildə  22 tender qazanıb, sifarişçi isə rayonların icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin tabe idarələri olub. “Vest LTD” QSC həm də katirovka sorğularında iştirak edir və 2021-ci ildə 1 saylı Bakı Tibb Kollecinin elan etdiyi katirovka sorğusunun qalibi olub, 2020-ci il tarixdə tərəflər arasında 3 lot üzrə müqavilə bağlanıb: 1) Cari təmirlə bağlı 44608 manat. 2) Əsaslı təmirlə bağlı 48729 manat. 3) Abadlaşdırma ilə bağlı 9766 manatlıq müqavilə bağlanıb.

SONDA: “VEST LTD” QSC (Qapalı Səhmdar Cəmiyyəti-o deməkdir ki, payçılıqda dövlətin də iştirakı var) əsasən Bakı Şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyev adlı şəxsə məxsusdur. O, Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş, İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim “qalib” gəlir.

Bu dəfə isə QSC-nin tender yolu BDU-dan keçib…

Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!