Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 08:40

BDU-nun “Azərbaycan hüquq jurnalı” beynəlxalq elmi indeks bazasına daxil edildi

Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan hüquq jurnalı” iyunun 22-dən etibarən Avropa humanitar və sosial elmlər sahəsində tanınmış elmi indeks bazalarından biri olan erih+ (ERIH PLUS) tərəfindən indekslənən elmi jurnallar siyahısına daxil edilib. Tezadlar.az xatırladır ki, bu barədə jurnalın baş redaktoru, hüquq elmləri doktoru Əmir Əliyev məlumat paylaşıb. Ə.Əliyev bildirir ki, jurnalda hüquq elminin müxtəlif sahələri üzrə elmi yeniliyi, aktuallığı, nəzəri və praktiki əhəmiyyəti, eləcə də milli və beynəlxalq hüquqi sistemlərin inkişafına töhfə verən elmi məqalələr dərc edilir.

“Azərbaycan hüquq jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Erih+ (ERIH PLUS) bazasına daxil edilməsi jurnalın beynəlxalq elmi nüfuzunun daha da yüksəlməsinə, eləcə də Azərbaycan hüquq elminin beynəlxalq elmi məkana inteqrasiyasına imkan verəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!