Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. Tezadlar.az fb istifadəçilərinin paylaşımlarına istinadla xəbər verir ki, Könül xanım külli miqdarda dələduzluqda ittiham olunur. Belə ki, K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsində istintaq aparılır. O, bir ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manat pulunu mənimsədiyini bildiriblər. Polis hələki Həmzəyevanın harda olduğunu və hansı şəraitdə gizləndiyini tapa bilmir.
İlkin məlumata görə, o, Azərbaycandadır və bir tanınmış şəxsin villasında məskunlaşıb. Sosial mediada belə yazırlar…
SƏBUHİ