Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın və milli komandamızın aparıcı müdafiəçisi Bəhlul Mustafazadə uzun fasilədən sonra yenidən azarkeşlərin qarşısına çıxıb.
Xatırladaq ki, təcrübəli futbolçu Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə keçirilən gərgin oyunda ağır zədə alaraq meydanı tərk etmişdi. Uğurlu əməliyyatdan sonra bərpa prosesi keçən müdafiəçi, bir müddətdir ki, müalicəsini davam etdirir.
Dünən Misli Premyer Liqasının növbəti turu çərçivəsində baş tutan “Qarabağ” – “Araz Naxçıvan” qarşılaşmasında Bəhlul komanda yoldaşlarını tək qoymayıb. Stadiondan foto paylaşan futbolçunun hələlik qoltuq ağaclarının köməyi ilə hərəkət etdiyi görünsə də, əhval-ruhiyyəsinin yüksək olması azarkeşlər tərəfindən müsbət qarşılanıb.
Futbolçunun tam olaraq nə vaxt məşqlərə qayıdacağı hələlik dəqiqləşməsə də, onun matçları stadiondan izləməsi bərpa prosesinin plan üzrə getdiyinin göstəricisidir.
Səbinə Bağırova