Əsas məzmuna keç

BELÇİKA UKRAYNAYA F-16-LARI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA İSTİFADƏ ETMƏYƏ İCAZƏ VERMƏYƏCƏK

Belçika hakimiyyəti Ukraynaya F-16 qırıcılarından ölkə hüdudlarından kənarda istifadə etməyə icazə vermir.

Tezadlar.az xəbər verir ki, bunu Vaşinqtonda NATO sammitinə gələrkən krallığın baş naziri səlahiyyətlərini icra edən Aleksandr De Kroo deyib.

Onun çıxışı alyansın mətbuat xidməti tərəfindən yayımlanıb.

O, jurnalistlərin Brüsselin Kiyevin bu təyyarələrdən istifadəsini məhdudlaşdırıb-məhdudlaşdırmayacağı ilə bağlı sualını cavablandırarkən, “Bizim hazırkı məhdudiyyətlərimiz F-16-larımızı Ukrayna ərazisində istifadə etməkdir” deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…