24 Aprel 2026 / 12:26

Bələdiyyədə əməliyyat: 49 nəfər həbs edildi

Şanlıurfada Halfeti Bələdiyyəsini hədəf alan istintaqda 28 dövlət məmuru da daxil olmaqla 51 şübhəlidən 49-u saxlanılıb.

Tezadlar.az xəbər verir ki, Təhlükəsizlik Baş İdarəsi sosial media hesabında aşağıdakı açıqlamanı paylaşıb:

“Şanlıurfa Polis İdarəmiz tərəfindən Birecik Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə cinayət törətmək üçün təşkilat yaratmaq və vəzifələrin icrasına mane olmaq cinayətləri ilə bağlı aparılan istintaqlar çərçivəsində; Daxili İşlər Nazirliyinin Mülki İdarəetmə Təftiş Şurası tərəfindən hazırlanan ilkin istintaq hesabatı, MASAK təhlilləri və Vergi Audit Şurasının Halfeti Bələdiyyəsində aşkar edilən qanun pozuntuları ilə bağlı hesabatlarından sonra; 28 dövlət məmuru da daxil olmaqla, cəmi 51 şübhəli barəsində məhkəmə prosesi başlanıb və 49 nəfər tutulub və saxlanılıb. Hadisə ilə bağlı məhkəmə prosesi hərtərəfli davam edir.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!