Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Yanvar 2026 / 11:54

“Bəlkə də Ulu Öndər 1978-ci ildə bilirdi ki, nə vaxtsa SSRİ dağılacaq və Azərbaycan öz müstəqilliyinə qovuşacaq”

Hələ 1978-ci ildə Azərbaaycan SSR-nin Konstitusiyası qəbul olunarkən orada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması azərbaycançılıq ideologiyasına ən vacib töhfələrdən biri idi.

Bu sözləri YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İB-nin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutan “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimindəki çıxışı zamanı deyib.

“Bəlkə də o zaman Ulu Öndər Heydər Əliyev bilirdi ki, nə vaxtsa SSRİ dağılacaq və Azərbaycan öz müstəqilliyinə qovuşacaq. Və bunun təməli təbii ki, 1995-ci ildə Milli Konstitusiyamız qəbul olunanda qoyuldu. Konstitusiyamız qəbul olunarkən komissiya üzvlərinin əksəriyyəti də Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin və AMEA-nın sıralarında fəaliyyət göstərən ziyalılarımız idi. Mənim xatirimdədir, BDU-nun Hüquq fakültəsindən Məsmə Məlikova, Murtuz Ələsgərov, Səfa Mirzəyev, filoloqlardan – Ağamusa Axundov, Tofiq Hacıyev, Xalq şairi Bəxtiyar Vahabzadə, tarixçilərdən Ziya Bünyadov  və digərləri komissiyada təmsil olunurdular. Videogörüntüləri izləyəndə  Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istiqamətində gedən ilkin müzakirələrdə Ulu Öndərin  necə dahi şəxsiyyət olduğunu bir daha kəşf etmiş oluruq”, – deyə o, qeyd edib.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!