Əsas məzmuna keç

BELQOROD VƏ BELQOROD VİLAYƏTİNDƏ RAKET TƏHLÜKƏSİ ELAN EDİLİB

Mayın 10-da Belqorod və Belqorod vilayətində dördüncü dəfə raket təhlükəsi elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov məlumat verib.

“Belqorod və Belqorod vilayətində raket təhlükəsi sirenası işə salınıb. Əgər evdəsinizsə, pəncərələrə yaxın getməyin. Pəncərəsiz möhkəm divarları olan otaqlara (dəhliz, hamam, tualet, kiler) sığının. Əgər küçədəsinizsə, sığınacaq və ya başqa təhlükəsiz yerə gedin”, – o, Telegram kanalında yazıb.

Mayın 10-da şəhər sirenası dördüncü dəfə səslənir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…