Əsas məzmuna keç

BELQOROD VİLAYƏTİNDƏ USQ-NƏ MƏXSUS “VİLXA” RYAS-NİN İKİ MƏRMİSİ MƏHV EDİLİB

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Vilxa” reaktiv yaylım atəş sisteminin (RYAS) 2 mərmisini vurub.

“Mayın 16-da Moskva vaxtı ilə saat 14:00 radələrində Kiyev rejiminin “Vilxa” reaktiv yaylım atəşi sistemi ilə Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı növbəti terror aktı həyata keçirməsinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində iki “Vilxa” RYAS raketini məhv edib”, – departamentdən bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…