Əsas məzmuna keç

BELQOROD VİLAYƏTİNDƏ USQ-NİN HÜCUMLARI NƏTİCƏSİNDƏ 6 NƏFƏR YARALANIB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Belqorod vilayətində 24 saat ərzində təşkil etdiyi hücumlar nəticəsində 6 dinc sakin yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“Dünən 6 mülki şəxs yaralanıb, iki nəfərin vəziyyəti ağırdır, lakin onların həyatları təhlükədə deyil”, – deyə Qladkov bildirib ki, zərərçəkənlərin vəziyyəti stabildir.

Qubernator bildirib ki, şənbə günü zərərçəkənlərin yerləşdiyi xəstəxanaya baş çəkməyi planlaşdırır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…