Əsas məzmuna keç

BELQOROD VİLAYƏTİNİN ATƏŞƏ TUTULMASI ZAMANI 5 NƏFƏR YARALANIB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri Belqorod vilayətinin Şamino kəndini atəşə tutub. Beş nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

“Təcili yardım briqadaları tərəfindən bütün zərərçəkənlər 2 saylı şəhər xəstəxanasına çatdırılıb”, – o, Telegram kanalında bildirib.

Qladkov əlavə edib ki, qurbanlardan biri, kişi sinəsindən qəlpə yarası alıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Dörd sakin yüngül bədən xəsarətləri alıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…