Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus daha bir pilotsuz təyyarəni vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 09:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı həyata keçirmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – Müdafiə Nazirliyi bildirib.
E.ŞİRİNOV