Əsas məzmuna keç

BELQOROD VİLAYƏTİ ÜZƏRİNDƏ İKİ PİLOTSUZ UÇAN APARAT VURULUB

Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində iki Ukrayna təyyarəsi tipli pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 21-də Moskva vaxtı ilə saat 09:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin üzərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…