Əsas məzmuna keç

BELQOROD VİLAYƏTİ ÜZƏRİNDƏ UKRAYNANIN İKİ PİLOTSUZ TƏYYARƏSİ VURULUB

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynanın iki pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 13-də Moskva vaxtı ilə saat 11:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib”, – deyə bildiriblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…