Belqoroda raket hücumu nəticəsində yaralananların sayı 6 nəfərə çatıb

Belqoroda endirilən raket zərbəsi nəticəsində yaralananların sayı 6 nəfərə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

Daha əvvəl beş nəfərin yaralandığı bildirilmişdi.

“Belqoroda raket hücumu nəticəsində yaralananların sayı 6-ya çatıb. Barotravması olan bir kişi təcili yardım maşını ilə Belqorod 2 saylı şəhər xəstəxanasına aparılıb”, – o yazıb.

Qladkovun sözlərinə görə, Krasnaya Yaruqanın bütün rayonu müvəqqəti olaraq işıqsız qalıb və bərpa işlərinə Rusiya Müdafiə Nazirliyindən icazə alındıqdan sonra başlanacaq. O, su təchizatı ilə bağlı problemləri də qeyd edib. “Suyun çatdırılmasının təşkili ilə bağlı tapşırıq vermişəm. Bu işlər səhərə kimi yekunlaşacaq. Rayon rəhbərliyi sakinlərə bütün detalları çatdıracaq”, – qubernator bildirib.

E.ŞİRİNOV

 

Xəbəri paylaş