Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynalı yaraqlıların hücumu nəticəsində Belqorodun enerji və istilik təchizatı sistemləri ciddi şəkildə zədələnib.
Tezadlar.az bildirir ki, vilayət qubernatoru Vyaçeslav Qladkov bu barədə özünün Telegram kanalında məlumat verib.
“Dünən axşam baş verən raket hücumundan sonra Belqorod şəhərinin enerji və istilik təchizatı sistemlərinə ciddi ziyan dəyib”, – deyə o bildirib.
Qladkov Belqorodun enerji sistemlərinə hücum nəticəsində dəyən ziyanı aradan qaldırmaq üçün çalışan mütəxəssislərə təşəkkür edib.
8 noyabrda Qladkov bildirib ki, Ukrayna hərbçilərinin hücumu nəticəsində Belqorod vilayətinin 20.000 sakini müvəqqəti olaraq elektriksiz qalıb. Atəş nəticəsində itki baş verməyib.
E.ŞİRİNOV