11 Dekabr 2025 / 16:06

Beqlov miqrantların Sankt-Peterburqda kuryer işləmək qadağasının səbəbini açıqlayıb

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov sakinlərlə canlı sual-cavab zamanı bildirib ki, şəhərdə miqrantların kuryer və çatdırılma işçisi kimi işləməsi məhdudlaşdırılır.

O, izah edib ki, xarici vətəndaşlar bir peşədə işləmək üçün gəlirlər, amma əslində onlar kuryer kimi digər işlərə keçirlər.

Onun fikrincə, buna görə də “biz burada bazarımızı qorumalıyıq”.

Mer həmçinin bildirib ki, şəhərin kommunal xidmətlər sistemi ən çox zərər çəkib, xadimə, santexnik, mexanik və digər mütəxəssislərin çatışmazlığı var.

Beqlov əlavə edib ki, “Kommunal xidmətlər sistemində vacib işçilər üçün bazar boşalmağa başlayıb”.

Beqlovun sözlərinə görə, ötən ilin oktyabr ayının sonuna qədər şəhərdə 360 mindən çox əcnəbi qeydiyyatdan keçib, hazırda isə bu rəqəm təxminən 190 mindir.

İş icazələri ilə bağlı vəziyyət də oxşardır: onların sayı 256 mindən 145 minə düşüb.

Qeyd edilib ki, “heç bir fəlakət baş verməyib” və hakimiyyət orqanları təhlükəsizlik tələblərinin sərtləşdirilməsinin və xarici işçi qüvvəsinin işə götürülməsinin tənzimlənməsinin nəticələrini əvvəlcədən görüblər.

Sankt-Peterburqda miqrantların taksi sürücüsü və kuryer kimi işə götürülməsini qadağan edən fərman 2026-cı ilin sonuna qədər imzalanıb.

Xatırladaq ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bakılıdır. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri  Beqlov 1956-cı il mayın 19-da Bakıda hərbçi ailəsində anadan olub.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!