Bərdə RPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə Bərdə və Ağdam ərazilərində qanunsuz silah alveri ilə məşğul olan cinayətkar dəstə ifşa olunub. Tezadlar.az DİN-nin mətbuat Xidmətinə istinadla bildirir ki, əldə olunan əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə 4 nəfər saxlanılıb:

34 yaşlı Ağasif Abdullayev

36 yaşlı Şünasib Hüseynov

29 yaşlı Vüsalə Həsənova

24 yaşlı Cavid Quliyev
Onlar qrup şəklində odlu silah və sursatın satışını təşkil ediblər.

Saxlanılan zaman aşkarlandı:
• 2 ədəd “Kalaşnikov” avtomatı
• 1 ədəd “Makarov” tapançası
• 6 patron darağı
• 168 patron

Dəstənin digər üzvü Zəngilan ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam edir…