25 Aprel 2025 / 12:10

Beren Saatın hamiləliyi ilə bağlı xəbərə Kənan əsəbiləşdi…

Türkiyəli məşhur cütük Kənan Doğulu ilə Beren Saat  “körpə” gözlədikləri ilə bağlı xəbərlərə reaksiya verib.

Tezadlar.az  xəbər verir ki, ötən axşam İstanbulda təşkil olunan sənət tədbirində birlikdə görünən Beren Saat və Kənan Doğulu gecənin əsas diqqət mərkəzində olublar. Görünüşü ilə göz qamaşdıran cütlük bir müddətdir gündəmdə olan “körpə” iddiaları ilə bağlı ilk açıqlamalarını verib. “Hamiləsən?” – sualını təbəssümlə cavablandıran Beren Saat iddiaların əsassız olduğunu söyləyəib.

Səssizliyini zərif şəkildə pozan məşhur aktrisanın açıqlaması pərəstişkarlarını həm təəccübləndirib, həm də  rahatdıb…

Beren Saatdan sonra mikrofonu əlinə alan Kənan Doğulu daha aydın danışıb. O, iddialara əsəbiləşdiyini vurğulayıb:

“Biz gülürük, əylənirik,  amma ana-atamız, qohumlarımız, nənələrimiz, babalarımız, əmioğlularımız, bacılarımız,  xalam uşaqları bizi təbrik edəndə əsəbiləşirik. İnsanlar həyəcanlanır, xoşbəxt olurlar. Bizdən eşitmədikləri müddətcə insanların bu tip xəbərlərə inanamayacağına ümid edirik. Artıq belə xəbərlər çox oldu. Haradasa 3-5 dəfə”.

Doğulu, yanlış məlumatın ailədə qarmaqarışıqlığa səbəb olduğunu söyləyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!