Əsas məzmuna keç

BEŞ YAŞLI QIZ UŞAQ BAĞÇASININ PƏNCƏRƏSİNDƏN YIXILIB

Kurqanda uşaq bağça binasının ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə dekabrın 6-da vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Mətbuatda yayılan məlumata görə, Zaozernı mikrorayonunda 5 yaşlı qız məktəbəqədər təhsil müəssisəsinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb”, – məlumatda deyilir.

Kurqan vilayətinin prokuroru Vladislav Moskovskix hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmanın təşkili barədə göstəriş verib.

Şöbənin əməkdaşları uşaq bağçasında təhlükəsizlik tələblərinə əməl olunmasını yoxlayacaq və uşaqlara qulluq edən şəxslərin hərəkətlərini qiymətləndirəcəklər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…