Əsas məzmuna keç

Beşiktaş ulduz futbolçusunu Spartaka satdı

Türkiyənin “Beşiktaş” klubu futbolçusu Jedson Fernandeşin Moskva “Spartak”ına transferindən 27 milyon avro qazanıb.

“Tezadlar.az” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin texniki direktoru Eduard Qraf bildirib.

Daha əvvəl 26 yaşlı oyunçunun transferi üçün Rusiya klubunun 25 milyon avro ödəyəcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, J.Fernandeş ötən mövsüm “Beşiktaş”ın heyətində keçirdiyi 49 matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” onun dəyərini 18 milyon avro qiymətləndirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…