8 Dekabr 2025 / 15:18

Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetini necə oxutdururmuş?

…Azərbaycanın yazılı-çap mətbuatının durumu hamıya bəllidir. Uzun illərdir “Azərbaycan” qəzetini “Rəsmi dövlət qəzeti” yarlığı ilə çap etdirib başını saxlayan, amma kollektivi saxlaya bilməyən, təcrübəli jurnalistləri bir-bir redaksiyadan uzaqlaşdıran, uzun illər Ramiz Mehdiyevin hesabına deputat olan Bəxtiyar Sadıqov bahalı adamların bahalı qohumlarının başsağlıqlarından yığdıqlarını bir kənara qoyub, qəzetin abunəsi üçün də rəsmi qurumlara özünəməxsus müraciətlər edirmiş.

Belə məktublardan biri “Təzadlar”ın elektron poçtuna göndərilib. Məktubun fotosurətini təqdim edirik, oxuyub özünüz qiymət verin ki, rəsmi şəxslərə hansı formada təsir və təzyiq edib qəzetə məcburu abunə yazdırılırmış. Hansı ki, abunə həmişə könüllü olub…

Külli-jurnalist ictimaiyyəti bilir ki, qəzeti məcburi abunə ilə oxutmurlar, qəzeti cəmiyyətin maraqlarına uyğun gələn peşəkar yazılarla oxutdurmaq lazımdır…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!