Bəxtiyarla İxtiyarın münaqişəsi başa çatdı

Uzun illər rəsmi “Azərbaycan” qəzetini Ramiz Mehdiyevin təbliğatına çevirmiş və sonuncu parlament seçkisində kənara atılmış, 25 illik deputatlığına “yox” deyilmiş Bəxtiyar Sadıqovla müavini İxtiyar Hüseyinlinin mübarizəsi axır ki başa çatıb. Qəzet əməkdaşlarının verdiyi məlumata görə, uzun zamandır bütün rəsmi və ya ictimai əhəmiyyətli tədbirlərin qapıları üzünə bağlı olan Bəxtiyar Sadıqov özünə rəqib bildiyi İxtiyar Hüseyinlini işdən kənarlaşdırıb.

Maraqlıdır ki, hər iki şəxs uzun illər idi Ramiz Mehdiyevlə Əli Həsənovun tapşırıqlarını birgə həyata keçiriblər. Və hə ikisi də bunun əvəzini ikiqat alıblar: Əməkdar jurnalist, mənzil, “Şöhrət” ordeni(???) və s. Ramiz Mehdiyevin hansı kitabını açırsan, başda Bəxtiyar və İxtiyarın adını görmək olar.

Bəs bu iki Ramiz Mehdiyevçinin bölə bilmədiyi nə olub? Bu barədə daha ətraflı yazı olacaq. Elə müəllifi də ” Azərbaycan” qəzetinin əməkdaşıdır…

“Təzadlar”

Xəbəri paylaş

18 Mart