Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Sentyabr 2021 / 19:19

“BEYNƏLXALQ ORDU OYUNLARI – 2021”-İN BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLDİ

Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən “Mədəniyyət Ordusu” müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.

Tədbir atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!