Cəmiyyətə nifaq toxumu səpməyi qarşısına inadlı məqsəd qoymuşlar alaq otu sayılır… Onların qarşısı alınmalıdır, onlara Vətəni və dövləti sevməyin əsl mahiyyəti izah edilməlidir.
Qısası, xaricdə yaşayan, beynəlxalq statuslu Laçın Məmişov Prezident İlham Əliyevə bu müraciətində görün nələri izahlayır. Tezadlar.az təqdim edir: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Mən, beynəlxalq hüquqşünas olaraq, Rusiya Ali hərbi-siyasi rəhbərliyinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təqdim olunmuş — çeçen xalqına qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və genosid iddiası ilə bağlı şikayətin hazırlanması, təqdim olunması və 23 fevral 2018-ci il tarixində rəsmi qəbulu prosesinin birbaşa iştirakçısıyam ( reference OTP-CR-284/14/001).
Bununla yanaşı, “İkinci Davos” kimi tanınan və 60 ölkədən 7000-dən artıq iştirakçısı olan İqtisadi Forumda (Karpacz) Rusiyanın Ukrayna və Çeçenistandakı hərbi cinayətləri üzrə ekspert olaraq dəfələrlə spiker qismində çıxış etmiş bir mütəxəssis kimi, dövlətimizin milli təhlükəsizliyinə təhdid yaradan ciddi bir məsələ barədə Sizə məlumat verməyi özümə borc bilirəm.
Özünü jurnalist adlandıran Səidə Bəkirqızı adlı provokator apardığı sistemli təxribatlarla cəmiyyətimizi parçalamaqla məşğuldur. Bu şəxs 35 il ərzində yurdundan didərgin düşmüş məcburi köçkünlərimizlə yanaşı, hər birimizin baş tacı olan Şəhid analarına qarşı tərbiyəsizlik və qeyri-insani davranışlar nümayiş etdirir. Bir azərbaycanlı olaraq hesab edirəm ki, Azərbaycanımız durduqca Şəhidlərimizə qeyrət və namus borcumuz var.
Rusiya xüsusi xidmət orqanlarının (XXO) iş metodlarını həm peşəkar fəaliyyətimdən, həm də şəxsi praktikamdan çox yaxşı bilirəm. Bu orqanlar illərdir mənə qarşı hər zaman zərər yetirməyə, hətta İsveçrə kimi hüquqi bir dövlətdə belə Avropanın 3 ölkəsindən olan 21 Rusiya vətəndaşının saxta ittihamı ilə barəmdə cinayət işi qaldırılmasına nail olmağa çalışmışlar. Lakin İsveçrə Baş Prokurorluğu bu ittihamları rədd etmiş, qarşı tərəfin İsveçrə Ali Məhkəməsinə verdiyi apellyasiya şikayəti də tərəfimdən qazanılmışdır.
Dəfələrlə sui-qəsd və xəsarət yetirmə cəhdləri ilə üzləşmiş bir ekspert kimi qeyd edirəm: sözügedən “jurnalistin” əməllərində Rusiya XXO-nun metodikası aydın görünür. Hesab edirəm ki, bu şəxs aidiyyəti orqanlar tərəfindən araşdırılsa, Rusiya XXO-nun birbaşa və ya dolayısı yolla Azərbaycan şəbəkəsi vasitəsilə əməkdaşlığı öz təsdiqini tapacaqdır.
Sizdən bir azərbaycanlı, bir idmançı və dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər an döyüşə hazır olan bir Azərbaycan əsgəri kimi xahiş edirəm: 27 sentyabr 2020-ci il tarixindən yaranmış monolit milli vəhdətimizi təsir agentləri vasitəsilə parçalamağa çalışan bu şəxsin fəaliyyətini nəzarətə götürəsiniz. Bu, bizim milli təhlükəsizlik məsələmizdir.
Dərin hörmət və sayqılarla,
P.S. Yuxarıda qeyd etdiyim ICC-yə təqdim olunan və qəbul edilən şikayətə dair ICC Prokurorunun ofisindən verilən OTP-CR-284/14/001 nömrəli rəsmi təsdiq sənədinin ingilis dilində mətnini diqqətinizə təqdim edirəm.
“This document, reference OTP-CR-284/14/001, issued by the Office of the Prosecutor of the ICC, officially confirms the receipt and registration of the communication submitted by the International Association ‘Peace and Human Rights’. It serves as formal evidence that the evidence regarding alleged war crimes and genocide has been officially entered into the Communications Register and is under consideration by the Office of the Prosecutor in accordance with the Rome Statute.
Mark P. Dillon
Head of Information & Evidence Unit Office of the Prosecutor International Criminal Court”