“Beynəlxalq hüquq çöküb və onu “Gücün hüququ” əvəzləyib”
İran dövlətini idarə edənlərin öz xalqı və bəşəriyyət (lap elə Allah) qarşısında azacıq məsuliyyəti olsaydı, nə özü bu günə qalardı, nə də qonşularının və bütün regionun təhlükəsizliyinə təhdid yaratmazdı.
Tezadlar.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, hüquqşünas, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
“Dondurulmuş 200 milyard və sanksiyadan zərərə düşdüyü yüz milyardlarla pulun 10-15%-ni xərcləyib 10 AES tikib onun 50 illik nüvə yanacağı ehtiyatı ala bilərdi. Amma lüzumsuz dirəniş, böyük güclərə etinasızlıq axırda onu bu vəziyyətə saldı.
Uzağa getmək lazım deyildi. Qonşu Azərbaycan suverenliyinə, müstəqil daxili və xarici siyasətinə azacıq da zərər vurmadan, amma beynəlxalq konyukturanı nəzərə almaqla istədiyinə nail olmuşdu. Uşaq inadı beynəlxalq münasibətlərdə yersizdir, özü də o zaman ki, beynəlxalq hüququ çöküb və onu “Gücün hüququ” əvəzləyib”, – deyə hüquqşünas bildirib.
JASMİN