19 Mart 2025 / 11:38

Beynəlxalq Qalereya “Novruz Çərşənbələri” adlı master-klassa ev sahibliyi etdi – FOTO

Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu “Novruz Çərşənbələri ” adlı master-klass təşkil olundu.

Tezadlar.az  xəbər verir ki, master-klassda “EDUGRATA” tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyevanın tələbələri iştirak edirdi. Master-klassı ADRA – nın müəllimi Zinaida Mirzəzadə aparırdı. Gənc rəssamlar gildən hazırlanmış yaz mövzusunda fiqurlar üzərində rəngkarlıq texnikasının sirlərin öyrəndilər. Master-klassı açıq elan edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçılara uğurlar arzuladı.

Sonda iştirakçılara diplom və kiçik hədiyyələr təqdim olunub xatirə şəkilləri çəkildi.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!