Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Qalereyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu master-klass təşkil olundu.TEZADLAR.AZ xəbər verir ki, master-klassda müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdilər.
Master-klassı giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları salamlayaraq günün əhəmiyyəti haqqında məlumat verdi və onlara uğurlar arzuladı. Rəssam, eyni zamanda terapevt-həkim Səadət Cəfərova master-klassların xüsusilə bütün yaş qruplarından olan rəssamlara pisxaloji cəhətdən də kömək etdiyini bildirdi. Rəssam, vokalist Aynur Yunusovanın möhtəşəm ifası iştirakçıların alqışları ilə qarşılandı. Rəssamlar abidə fiqurları üzərində rəngkarlıq texnikasını tətbiq etdilər. Sonda iştirakçılara diplomlar təqdim olundu, xatirə şəkillləri çəkildi.
AYGÜN