21 Mart 2026 / 11:03

Bəzi oyunçuların komandanın uduzmasına pul qoyduğu iddia olunur

Yəqin ki, Saşa İliç Azərbaycanda aldığı məğlubiyyətlərin sayını itirib.

O, artıq şübhə eləməsin – «Sumqayıt»dan getməsini istəyirlər. Burada komandanı yerlilərə və legionerlərə ayırmağa qarşıyam: hamı bir nəfər kimi onun əleyhinə birləşib.

«Sabah» səviyyəsinə görə «Sumqayıt»dan xeyli güclüdür. Bunu İliçin dilindən eşitməsək də olar.

Serbiyalı baş məşqçidən eşitməli olduğumuz daha ciddi həqiqətdir – nə edib ki, bu komandanın formasını geyinən oyunçuların ondan zəhləsi gedir?

Niyə bunu deyirəm, qoy izah edim. «Sabah» ilk iki qolu «Sumqayıt»ın «hədiyyə»sindən sonra vurdu.

Topu ikinci zonada atdılar rəqibə, al, apar, qapımızın torunu silkələ. Hələ bir oxşar epizodda da Simiç Mikelsə pas verməyib, özu «çərçivə»ni nişan alsaydı, Rayan Senhadjicin «əziyyət»i yerdə qalmayacaqdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!