Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Salyanda quldurluğa hazırlaşan iki nəfər müəyyən olunaraq saxlanılıb.
Tezadlar.az bildirir ki, bu barədə DİN-nin Mətbuta xidməti məlumat yayıb… Sitat: “…Bibisinə zor tətbiq etməklə evdə olan pul və qızılları talamağı planlaşdırmışdılar. Onların avtomobildən eynək, dəyənəklər, əlcəklər və papaqlar aşkarlanıb. O da məlum olub ki, ötən il onlar Neftçalada evlərdən birindən 9650 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar”.
DİN istintaq hərəkətləri aparıldığından hələki onların adını açıqlamayıb. Amma əsas odur ki, bibisini çırpıb pulunu aparmaq istəyənlər indi müstəntiqlərin qarşısında çırpınırlar…
A.Məmmədli