Əsas məzmuna keç

BİR GECƏDƏ UKRAYNAYA MƏXSUS 47 PUA VURULUB

Hava Hücumundan Müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 47 pilotsuz təyyarəsini məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətməyə cəhd edərkən növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 47 təyyarə tipli PUA-nı məhv edib və ələ keçirib.

29 PUA Rostov vilayəti ərazisində, 8-i Krasnodar diyarı ərazisində, 3-ü Belqorod, Bryansk və Voronej vilayətlərinin əraziləri üzərində və 1-i Krım Respublikası ərazisi üzərində məhv edilib”, – deyə Müdafiə Nazirliyindən məlumat verilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…