Əsas məzmuna keç

BİR QALİB VƏ BİR MƏĞLUB BAŞ NAZİR TBİLİSİDƏ GÖRÜŞƏCƏK Kİ…

Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatı ilə 30 illik işğalına son qoyulan Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstana gələcək.

Tezadlar.az Gürcüstan KİV lərinə istinadla xəbər verir ki, Nikol Paşinyan və Əli Əsədov İpək Yolu dördüncü beynəlxalq forumunda iştirak edəcəklər. Məlumata əsasən, baş nazir İrakli Qaribaşvilinin də iştirak edəcəyi forum oktyabrın 26-27-də Tbilisidə keçiriləcək. Bildirilir ki, forumun əsas mövzu elektron ticarətin və rəqəmsal əlaqələrin dərinləşdirilməsi, nəqliyyat infrastrukturu və enerji layihələri olacaq.

Ermənistanın siyasi rəhbərliyi indi anlayır ki, bu ölkənin mövcudluğu qonşularla normal münasibətlərdən keçir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…