Əsas məzmuna keç

BİRİNCİ VİTSE-PREZİDENTDƏN CAVANŞİR QULİYEVİN MÜALİCƏSİ İLƏ BAĞLI GÖSTƏRİŞ – FOND DƏSTƏK VERƏCƏK

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

Onun beyninə qan sızdığı bildirilir.

Qeyd edək ki, bəstəkarın vəziyyəti ilə bağlı xəbəri rejissor Ramiz Mirzəyev (Həsənoğlu) məlumat yayıb.

O, Cavanşir Quliyevin xanımına istinad edərək bildirib ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…