Əsas məzmuna keç

BİZNES-MƏŞQÇİ DƏLƏDUZLUQ MADDƏSİ İLƏ HƏBS EDİLDİ

Moskvanın Nikulinski Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan biznes-məşqçi Sergey Qalanter barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə yerli mediaya məhkəmənin mətbuat katibi Madonna Koçin məlumat verib.

“Nikulinski Rayon Məhkəməsinin qərarı ilə istintaqın Sergey Vladimiroviç Qalanterin 2024-cü il fevralın 12-dək həbs edilməsi barədə vəsatəti təmin edilib”, – məhkəmə nümayəndəsi bildirib.

Qalanter Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (xüsusilə böyük miqyasda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Ona hesablanmış maddənin sanksiyasında 1 milyon rubla qədər cərimə ilə 10 ilədək həbs cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs hələlik məhkəmə qərarından apellyasiya şikayəti verməyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…