29 Oktyabr 2025 / 23:41

Bilal Ərdoğan: “Azərbaycanda olmaq çox gözəl hissdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycanda səfərdədir.

Tezadlar.az xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə keçirilən qəbulda iştirak üçün Bakıya bu gün gəlib.

Gülüstan Sarayında keçirilən rəsmi qəbulda jurnalistlərə açıqlama verən B.Ərdoğan Türkiyə Prezidentinin salamlarını gətirdiyini və bugünkü tədbirdə iştirakdan sonra Türkiyəyə qayıdacağını vurğulayıb.

“Azərbaycana Cümhuriyyət bayramımızla əlaqədar gəlmişəm. Tədbirdən sonra geri qayıdacam. Dostluq və qardaşlığımız əbədi olsun. Burada olmaq çox gözəl hissdir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!