Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 22:01

Bilal Ərdoğan “Fənərbağça”nın prezidentliyinə namizəd olmayacağını açıqlayıb

Prezident Ərdoğanın oğlu Bilan Ərdoğan gözlənilməz açıqlama verib.

Tezadlar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, “Fənərbağça”nın prezidentliyə namizəd olacağı ilə bağlı iddiaları təkzib edib.

Lakin klubun idarəçiliyini bəyənmədiyini də gizlətməyib. “Belə idarəçilik olmaz” deyən Bilal Ərdoğan adını çəkmədən klubun hazırkı preziidentini hədələyib: “Mən “Fənərbağça”nın daha yaxşı idarə olunmasını istəyirəm. Biz o sevincli günlərin xəyalını qurmaqdayıq. Bilənlər bilir, ölkə başçısımızın da (Ərdoğanı nəzərdə tutur – Mia.az) dəstəklədiyi komandadır. Artıq uğurlara ac azarkeşə çevrilmişik. Ancaq hər kəs bilsin ki, mən “Fənərbağça”nın prezidentliyinə namizəd deyiləm. Təbii ki, “Fənərbağça”nın daha yaxşı idarə olunmasını istəyirəm…”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!