Biləcəri qəsəbəsində Yəhya Hüseynzadə küçəsi, döngə 3, ev 13-ün yuxarı hissəsində yağışlar nəticəsində sürüşmə baş vermişdir. Tezadlar.az xatırladır ki, bu barədə sosial mediada İdris Şükürov paylaşıb. Sitat: “Şəkildə gördüyünüz bu acınacaqlı mənzərə evdə yaşamağı təhlükəli etmişdir. Aidiyyəti qurumlar gəlib baxıblar, akt bağlayıblar.Hələ heç bir konkret tədbir görülməyib. Görəsən yenidən yağış yağsa, torpaq sürüşməsinin qarşısını almaq mümkün olacaqmı? Bu təhlükəli vəziyyətdə yaşamaq çox təhlükəlidir. Vaxt var ikən bir tədbir görmək lazımdır.onra gec olar…”.
Redaksiya Binəqədi RİH-in elektron poçtuna məlumat göndərilib. Həqiqətən də sonra gec olacaq. Lakin fotolardan da görünür ki, bu cür sürüşmə təhlükəli yamacda belə evlərin necə gəldi tikintisinə necə icazə verilib???
SƏBUHİ