Əsas məzmuna keç

Biləsuvardakı bu kafedə kim yemək yeyib, çay içib? – NUŞ OLSUN!

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 11 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Müşviq Hüseyn oğluna məxsus kafedə yoxlama keçirib.

Tezadlar.az agentliyin məlumatına istinadən xəbər verir ki, ictimai iaşə obyektində divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…