Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Dekabr 2025 / 22:44

Biləsuvarda VAZ avtomobili qaçırıldı

Biləsuvar şəhəri ərazisində axşam saatlarında yolun kənarında saxlanılmış “Vaz 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.

Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.

Avtomobil tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!