Əsas məzmuna keç

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq etdi-SOS

“Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir”. Tezadlar.az xəbər verir ki, “Microsoft”un təsisçisi Bill Qeyts bunu “NBC News”a müsahibəsində bildirib. Sitat: “Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri təhrik etmək üçün kifayət qədər gücə malikdir”, – Qeyts deyib.

Onun sözlərinə görə, belə ssenarinin ehtimalını qiymətləndirmək çətin olsa da, pis niyyətli insanların və müasir süni intellekt vasitələrinin birləşməsi görünməmiş risklər yaradır. Bill Qeyts diqqəti yalnız bəşəriyyət üçün uzunmüddətli təhdidlərə deyil, həm də süni intellektdən ciddi zərər vurmaq üçün istifadə olunma potensialına yönəltməyə çağırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…