15 Aprel 2026 / 12:30

“Billur Estetik”də qanunsuz estetik əməliyyatlar davam etdirilir?

Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsuz estetik əməliyyatlar edən Gülbadə Abdullayeva fəaliyyət göstərdiyi “klinika”nı bağlayıb…

Belə ki, mediada Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və özünü “Dr Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva adlı xanımın qanunsuz fəaliyyətini davam etməsi  ilə bağlı məlumat verilmişdir.

media-766

Sosial platformada özünü doktor elan edən “Dr. Gülü”- Gülbadə Abdullayeva ABŞ səfirliyinin yanında “Billur Estetik”də şəffaf olmayan əməllər- qanunsuz  estetik əməliyyatlar (liposaksiya, bədən şəkilləndirmə və üzgərmə)  və s. digər estetik əməliyyatlar icra edir. Gülbadə Abdullayevanın qanunsuz fəaliyyət göstərməsi ilə bağlı mütəmadi sosail platformalarda məlumatlar yayılmaqdadır. Yeni sosial hesablar açaraq müştərilər toplayan “Dr Gülü”- Gülbadə Abdullayevanın “Billur Estetik”də fəaliyyət göstərməsi faktı aşkar olunub .

Qeyd edək ki, sosial platformada hansı estetik əməliyyat icra  olunacağı ilə bağlı qiymətlər belə elan edilir. Bəs görəsən, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu kimi halları görmür və yaxud hansı şərtlərlə belə qanunsuzluğa göz yumulur? Bu kimi sualların araşdıması isə aidiyyatı orqanların səlahiyyətindədir.

Təəssüf ki, adı çəkilən “Dr. Gülü”- Gülbadə Abdullayeva ilə canlı əlaqə saxlamaq hələki mümkünsüzdür. Onun da mövqey maraqlı olardı.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!