Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında 14 kiloqram narkotik vasitə aşkarlayıb.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.
Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər – R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar. Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
RÖVŞANƏ