Əsas məzmuna keç

Binəqədidəki partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə aparıldı

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az- a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən baş verən partlayışla bağlı həmin ünvana təcili tibbi yardım briqadası cəlb olunub. Bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə 3 kişi Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…