10 Fevral 2026 / 04:58

Biologiya müəllimi məktəbli qızla cinsi əlaqədə olmaqda ittiham olunur

ABŞ-ın Yeni Orlean şəhərində müəllim Teddi Peyc şagirdlə cinsi əlaqədə olmaqda ittiham olunduqdan sonra katolik məktəbindən qovulub.

Tezadlar.az bildirir ki, bu barədə WVUE məlumat verib.

Peyc Müqəddəs Qəlb Akademiyasında biologiya müəllimi işləyirdi. 2025-ci ilin avqust ayında o, 18 yaşlı şagirdi yoldan çıxararaq onunla münasibət qurmağa başlayıb. O, qurbanın anası tərəfindən tutulana qədər münasibəti aylarla gizlədə bilib.

O, qızının köhnə telefonunu araşdırıb və qızla müəllim arasındakı mesajları oxuyub. Onlarda intim mesajlar, eləcə də Peyc ilə şagirdin cinsi əlaqədə olduqları foto və videolar tapıb.

Qadın hadisəni məktəb direktoruna bildirib. Peyc işdən çıxarılıb və özünü polisə təslim edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!