Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 65 pilotsuz uçan aparatı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 15-i Moskva vaxtı ilə saat 22:00-dan mayın 16-sı saat 08:30-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 65 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: 43-ü Qara dəniz üzərində, 21-i Krım Respublikası ərazisi və 1-i Belorod vilayəti üzərində”, – qurumdan xəbər veriblər.
Qeyd edək ki, Vladimir Putinin təşəbbüsü ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar mayın 15-də İstanbulda baş tutmalı idi. Daha sonra danışıqlar logistika ilə əlaqədar mayın 16-na təxirə salınıb. Həmin gün Türkiyə, Rusiya və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Moskva vaxtı ilə saat 12:30-a (Bakı vaxtı ilə saat 13:30) planlaşdırılıb.
E.ŞİRİNOV







