Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyun 2025 / 09:27

Bir gecədə Rusiyanın 5 bölgəsində Ukraynaya məxsus 36 PUA-nı vurulub

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 36 Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib.

Tezadlar.az bildirir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi verib.

Məlumatda bildirilir ki, iyunun 7-də Moskva vaxtı ilə saat 00:00-dan etibarən növbətçi hava hücumundan müdafiə sistemləri Kursk, Bryansk, Kaluqa, Smolensk vilayətləri və Moskva vilayəti üzərində Ukraynaya məxsus 36 PUA-nın qarşısını alıb və məhv edib.

Daha əvvəl Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib ki, onun bölgəsi üzərində beş pilotsuz təyyarə vurulub. İlkin məlumatlara görə, itki yoxdur. Düşən pilotsuz təyyarələrdən birinin qalıqları avtomobilə və hasara ziyan vurub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!