Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Xerson vilayətində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə 16 PUA-nı vurub, iki sakin yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə regionun qubernatoru Volodimir Saldo məlumat verib.
“Geniçesk rayonunun Rivne kəndində 58 yaşlı kişi və 78 yaşlı qadın yaralanıb. Onlar Geniçesk Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 16 pilotsuz təyyarəsini vurub”, – o, Telegram kanalında yazıb.
Onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Alaşkidə təcili tibbi yardım maşınına zərbə endirib, lakin itki və xəsarət alan olmayıb.
E.ŞİRİNOV