Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
“Hamıdan kömək xahiş edirəm. Dünən də vətəndaşların bank kartlarından 87067 manat talayıblar…”.
Tezadlar.az xatırladır ki, bu açıqlamanı DİN- nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev özünün sosial media hesabında paylaşıb. Sitat: “Vətəndaşın əziyyətlə, zəhmətlə dar günü üçün topladığı pullar bir anda yoxa çıxır. Çünki kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Aprelin 8-də belə olub. Ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var…”.
Bəli, avamlığın sonu bunlara gətirib çıxarır. Yalançılara və fırıldaqçılara inananların aqibəti belə olur və yolu polisdən düşür…
A.Məmmədli